Peskov: "Ukraynada nüvə yerləşdirilməsi çağırışları təhlükəlidir"

      Peskov:    "Ukraynada nüvə yerləşdirilməsi çağırışları təhlükəlidir"
  31 Mart 2023    Oxunub:901
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada nüvə silahının yerləşdirilməsi ilə bağlı petisiyanı müzakirə edərkən, hər şeyə ciddi yanaşmağın mümkün olmadığına diqqət çəkib.
Bu barədə Kremlin sözçüsü brifinq zamanı bildirib. Onun sözlərinə görə, bu mövzu Kiyev üçün yeni deyil və bu, təhlükəli tendensiyadır. “Orada görünən bütün petisiyaları ciddi qəbul etmək olmaz - bu, birincidir. Lakin bu mövzunun aktivləşməsi özlüyündə yeni element deyil”.

Nümunə kimi Peskov iki il əvvəl baş tutan Münhen konfransını qeyd edib. Daha sonra Ukrayna Prezidenti Vololdimir Zelenski ölkədə nüvə silahının yerləşdirilməsi məsələsini müzakirə edib. Peskov əlaəv edib ki, Rusiya hətta hipotetik təhlükələrə də göz yuma bilməz.

AzVision.az


Teqlər:





Xəbər lenti