Roma Papası sabah evə buraxılacaq

   Roma Papası sabah evə buraxılacaq
  31 Mart 2023    Oxunub:1038
Viral bronxitdən müalicə alan Roma Papası Fransisk sabah xəstəxanadan evə buraxılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

"Papanın bu səhər aparılan yekun müayinələrin nəticələrini aldıqdan sonra sabah xəstəxanadan qayıdacağı gözlənilir", - məlumatda deyilir.

Kardinallar Kollecinin dekanı, kardinal Covanni Battista Re daha əvvəl bildirmişdi ki, pontifik katoliklər üçün aprelin 3-də başlayacaq Müqəddəs Həftənin ayinlərinə rəhbərlik edə biləcək.

"Papa şənbə günü Gemelli xəstəxanasını tərk edəcək. Mən onunla indicə danışdım, o, sağalır və buna görə də Müqəddəs Həftənin bütün ayinlərinə rəhbərlik edə biləcək", - deyə "İl Messaggero" qəzeti kardinalın sözlərindən sitat gətirib.

AzVision.az


Teqlər:





Xəbər lenti