İsrail SEPAH-ın müşavirini məhv edib

   İsrail  SEPAH-ın müşavirini  məhv edib
  31 Mart 2023    Oxunub:1155
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşaviri öldürülüb. O, İsrailin Dəməşqə hücumu nəticəsində məhv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Tasnim agentliyi SEPAH-a istinadən məlumat yayıb.

Xatırladaq ki, İsrail martın 31-nə keçən gecə Suriyaya zərbələr endirib.
İddia olunur ki, Suriyanın hava hücumundan müdafiə sistemləri İsrail hərbçilərinin Qolan təpələrindən atdığı bəzi raketləri vura biliblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti