İYİ partiyanın binasına atəş açan şəxs saxlanıldı - YENİLƏNİB
***
Türkiyənin müxalif İYİ partiyasının İstanbuldakı regional ofisi atəşə tutulub. Bu barədə şəhərin meri Əkrəm İmamoğlu məlumat verib.
“İyi partiyanın İstanbul ofisinə silahlı hücumu qınayıram. Mən günahkarların ən qısa zamanda cavab verməsini gözləyirəm”,- o, cümə günü Tvitter hesabında yazıb.
İmamoğlu ofisin pəncərələrindən birinin fotosunu da yayıb. Şüşədəki güllə dəliyi görünür.
İstanbul Vvaliliyi hadisənin Zeytinburnu ərazisində baş verdiyini bildirib. "Zənglə gələn təhlükəsizlik əməkdaşları hadisə yerinə baxış keçirməyə başlayıblar. İlkin məlumata görə, güllələr partiya ofisinin binasına və qonşu biznes mərkəzinə dəyib", - məlumatda deyilir. Ümumilikdə iki güllə deşiyi aşkar edilib, araşdırma aparılır.
“Hürriyet” qəzetinin məlumatına görə, İYİ partiyanın başqanı Meral Akşener sözügedən ofisi ziyarət etmək niyyətindədir. O, təhdidlərdən qorxmadığını da bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: