Podolyakdan Lukaşenkoya atmaca: "Gülünc görünür"
![Podolyakdan Lukaşenkoya atmaca: "Gülünc görünür" Podolyakdan Lukaşenkoya atmaca: "Gülünc görünür"](https://azvision.az/photos/2023/03/bd883824-213a-3d7a-82d4-61f5f063e5a2_850-1680272278.jpg)
Cümə günü Belarus xalqına və parlamentinə müraciətlə çıxış edən prezident Aleksandr Lukaşenko bildirib ki, Ukraynada nizamlanma üzrə danışıqlara “sabah deyil, indi” başlamaq lazımdır. O, hər iki tərəfdən qoşunların yerdəyişməsi və yenidən qruplaşdırılması hüququ, eyni zamanda silah və sursat, canlı qüvvə və texnikanın ötürülməsi hüququ olmadan Ukraynada hərbi əməliyyatları dayandırmağı təklif edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: