NATO işçilərinə "TikTok"u qadağan etdi
![NATO işçilərinə "TikTok"u qadağan etdi NATO işçilərinə "TikTok"u qadağan etdi](https://azvision.az/photos/2023/03/tiktok_230121-1680278410.jpg)
CNN-in həmsöhbətlərinin sözlərinə görə, NATO rəhbərliyi cümə günü səhər saatlarında öz əməkdaşlarına bildiriş göndərib. Məktub qadağanı rəsmiləşdirib.
Bundan əvvəl Avropa Komissiyası, Aİ Şurası və Avropa Parlamentinin əməkdaşlarına "TikTok" tətbiqini ofis cihazlarına quraşdırmaq qadağan edilmişdi. Bundan əlavə, Belçika, Böyük Britaniya, Kanada, Hollandiya, Yeni Zelandiya və Çexiya da daxil olmaqla bir sıra ölkələrin səlahiyyətliləri də öz dövlət qulluqçularına TikTok-u korporativ telefonlara quraşdırmağı qadağan edib. ABŞ Konqresində sosial şəbəkənin qadağan edilməsi ilə bağlı qanun layihəsi də müzakirə olunur.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: