Bayden III Çarlzın tacqoyma mərasiminə getməyəcək
![Bayden III Çarlzın tacqoyma mərasiminə getməyəcək
Bayden III Çarlzın tacqoyma mərasiminə getməyəcək](https://azvision.az/photos/2023/03/bayden-1679115504.jpg)
Məlumdur ki, Bayden aprelin 11-də Şimali İrlandiyada protestant ittifaqçıları ilə katolik millətçiləri arasında silahlı qarşıdurmaya son qoyan Belfast sazişinin imzalanmasının 25-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Belfasta gələcək. Qəzet yazıb ki, Baydenin aprelin ortalarında Şimali İrlandiyaya səfərini nəzərə alsaq, bir ay ərzində Britaniya adalarına ikinci səfəri mümkün olmayan ssenari hesab olunur.
Qeyd olunub ki, Baydenin əvəzinə mərasimdə ABŞ-ın birinci xanımı Cil Bayden iştirak edə bilər. Nəşrin yazdığına görə, Böyük Britaniyanın ABŞ-dakı səfiri Karen Pirs və Bukingem Sarayının nümayəndələri tacqoyma mərasimində Amerika nümayəndə heyətinin tərkibi ilə bağlı Ağ Evlə danışıqlar aparır.
AzVision.az
Teqlər: