Sankt-Peterburqda partlayış: Yaralıların sayı artdı - VİDEO YENİLƏNİB
![Sankt-Peterburqda partlayış: Yaralıların sayı artdı - VİDEO YENİLƏNİB Sankt-Peterburqda partlayış: Yaralıların sayı artdı - VİDEO YENİLƏNİB](https://azvision.az/photos/2023/04/3f05d702-4784-3567-bd15-9dcf6673df8c_850-1680452046.jpg)
Onun sözlərinə görə, hadisə nəticəsində 19 nəfər xəstəxanaya yerləşdirilib. Şəhər xəstəxanaları onlara hər cür köməklik göstərirlər.
***
Sankt-Peterburqun mərkəzində "Street Cafe"də baş verən partlayış nəticəsində yaralananların sayı 19 nəfərə çatıb .
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
***
Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.
AzVision.az xəbər verir ki, bu barədə “TASS”a fövqəladə hallar xidmətlərindən məlumat verilib
Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.
Nəticədə bir nəfər ölüb, on beş nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.
Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.
AzVision.az
Teqlər: