Ukraynanın qərbində amerikalı kafeyə qumbara atdı

   Ukraynanın qərbində amerikalı kafeyə qumbara atdı
  03 Aprel 2023    Oxunub:1174
ABŞ vətəndaşı Ukraynanın qərbində Ternopil şəhərində kafedə qumbara partladıb. Bu barədə TASS Ukraynanın “Vesti” nəşrinə istinadən xəbər verir.
Hadisə zamanı xəsarət alan olmadığı qeyd edilir. Partlayış nəticəsində kafenin dam örtüyü və 4 stul zədələnib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin evində axtarış aparıblar.

Qeyd olunur ki, üç qumbara mərmisi, onlar üçün dörd qoruyucu, bir M49A siqnal minası və 5,45 mm çaplı 75 ədəd patron aşkar edilib.

Nəşrin məlumatına görə, dindirildikdən sonra amerikalı sərbəst buraxılıb. Şübhəli şəxs barəsində qanunsuz silah, döyüş sursatı və ya partlayıcı maddələrlə davranma və xuliqanlıq maddələri ilə cinayət işi başlanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti