Sankt-Peterburqdakı partlayışın təfərrüatı: "Onlar heykəlciyə baxıb güldülər"

      Sankt-Peterburqdakı partlayışın təfərrüatı:   "Onlar heykəlciyə baxıb güldülər"
  03 Aprel 2023    Oxunub:2871
Sankt-Peterburqun Vasilyevski adasındakı kafedə baş verən partlayış zamanı orada olan şəhər sakini Alisa hadisənin təfərrüatlarını açıqlayıb.
Onun sözlərinə görə, hərbi jurnalist Vladlen Tatarskiyə yaxınlıqda əyləşən qız içində partlayıcı qurğu olan heykəlcik hədiyyə edib.

“Xatırladığım qədər, aparıcı bu heykəli qutudan çıxardı və Vladlen onu əlində tutdu. Onlar baxdılar, güldülər, yenidən yerinə qoydular. Sonra bir dəqiqə keçməmiş partlayış baş verdi. Hamı qaçdı”, - Alisa deyib.

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib. Partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.

Nəticədə bir nəfər ölüb, 25 nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.



Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti