Ərdoğandan ABŞ səfirinə tənqid: "Həddinizi biləcəksiniz"

   Ərdoğandan ABŞ səfirinə tənqid:    "Həddinizi biləcəksiniz"
  03 Aprel 2023    Oxunub:1049
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankara səfiri Ceff Fleykin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri sədri Kamal Kılıçdaroğlu ilə görüşünü sərt tənqid edib.
AzVision.az "TRTHaber"ə istinadən xəbər verir ki, Ərdoğan seçkilərdə Amerikaya dərs verməli olduqlarını vurğulayıb:

"Co Bayden orada danışır, Baydenin buradakı səfiri nə edir? Gedib Kamalı ziyarət edir. Ayıbdır, bir az başınızı işlədin. Siz səfirsiniz. Sizin burada ünsiyyət quracağınız şəxs Prezidentdir. Bundan sonra Prezidentlə görüşməyi necə istəyəcəksiniz?"

Ərdoğan ABŞ səfiri üçün qapıların bağlandığını da əlavə edib: “Bizim qapılar bağlandı. Niyə? Həddinizi biləcəksiniz. Səfir olaraq vəzifələrinizi biləcəksiniz. Bir səfir necə işləməlidir, bunu öyrənəcəksiniz. Bunu öyrənmədiyiniz təqdirdə bu qapıdan girə bilməzsiniz”.

Xatırladaq ki, martın 29-u Kılıçdaroğlu və ABŞ səfiri Ceff Fleyk arasında görüş keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti