Rusiya Ermənistanda genişmiqyaslı təlimlərə başladı
![Rusiya Ermənistanda genişmiqyaslı təlimlərə başladı Rusiya Ermənistanda genişmiqyaslı təlimlərə başladı](https://azvision.az/photos/2023/04/jhkhkjhkhj-1680503658.jpg)
Bildirilir ki, birinci mərhələdə döyüş növbətçiliyində olan bölmənin döyüşə hazırlıq səviyyəsi, şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının əməliyyat hazırlığı yoxlanılacaq. Hərbi qulluqçuların nəzəri bilikləri də yoxlanılacaq.
Nəzarət yoxlamasının növbəti mərhələsində şəxsi heyətin yüksək hündürlük şəraitində yerinə yetirəcəyi döyüş hazırlığı tapşırıqları isə bunlardır- təkərli və zirehli texnikanın idarə olunması, bütün növ silahlardan atəş açmaq, həmçinin xüsusi, texniki, taktiki, döyüş normativləri, hərbi topoqrafiya və radiasiya, kimyəvi və bioloji müdafiə, bədən təyrbiyəsi üzrə yoxlamalar.
Bundan başqa Cənub Hərbi Dairəsinin aviasiyası Ermənistan səmasında hava hədəflərinin məhv edilməsi üzrə məşqlər də keçirəcək.
Tural Tağıyev
AzVision.az
Teqlər: Rusiya Ermənistan Təlim