Ekspert iddia edib ki, guya ölkəsi həmin vaxt döyüşdən qalib ayrılıbmış: “Aprel hadisələri mənim gördüyüm ilk real müharibə idi. Bu döyüşlərdə biz qalib gəldik(?). Halbuki, bugünkü kapitulyatorlar əksini deyirdilər və hələ də hamını inandırmağa çalışırlar ki, biz uduzmuşuq. Aprel döyüşləri həm də onu sübut etmişdi ki, döyüş meydanında genişmiqyaslı zəfərə nail olmaq çətin başa gələcək. Ona görə də Azərbaycan və Türkiyə Ermənistanı daxildən darmadağın etmək qərarı verdi. Bütün bunlar erməni soyadı daşıyan və Ankara ilə Bakının təsiri altında olan agentlər vasitəsilə bizim məğlub olduğumuzu təbliğ edərək baş tutdu".
O qeyd edib ki, Aprel döyüşlərində bir çox "dərslər" oldu. Bəzi ermənilər bunu tez, bəziləri isə daha gec öyrəndi.
"Mən deyərdim ki, Aprel döyüşləri 3 Qarabağ müharibəsindən biri sayılır. Birinci və ikincidə(?) biz, üçüncüdə isə Azərbaycan qalib gəldi. Azərbaycanlılar anlayırlar ki, dördüncü müharibədə qalib gəlmək üçün hər cür imkanımız olacaq. Bu qələbənin baş verməsi üçün isə yalnız kapitulyatorlar qovulmalıdır. Bundan sonra erməni intibahı başlayacaq. Yeni qələbələr ümidi ilə”, - Qeqamyan sərsəm hədələr səsləndirib.
Tural Tağıyev
AzVision.az