Erməni hərbçilərə smartfon və mitinqlərə qatılmaq qadağan olunacaq
“Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan təqdim edib.
İstisna (smartfonlardan istifadə ilə bağlı – red.) dövlət səlahiyyətli orqanının rəhbəri tərəfindən müəyyən edilən hallar olacaq”, - Sarkisyan bildirib.
Bundan əlavə, ictimai narazılığın təzahürü ilə bağlı hərbi və ya digər rəsmi formada mitinqlərdə və ya digər oxşar tədbirlərdə iştiraka qadağa tətbiq ediləcək.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan Əsgər