İran universitetləri hicab qaydalarını pozanlara xidmət göstərməyəcək

   İran universitetləri hicab qaydalarını pozanlara xidmət göstərməyəcək
  03 Aprel 2023    Oxunub:891
İranın dövlət universitetləri hicab qaydalarına əməl etməyən tələbələrə təhsil xidməti göstərməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, hicab taxma qaydalarına əməl olunması məsələsi 2022-ci ilin payızında ölkəni bürümüş iğtişaşlardan sonra daha da aktual olub. Kütləvi etirazlar isə sentyabrın ortalarında Məhsa Əmininin polis tərəfindən saxlanılandan sonra ölməsinə görə başlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti