Peskov: "Parad ilə bağlı planlarda heç bir dəyişiklik yoxdur"
![Peskov: "Parad ilə bağlı planlarda heç bir dəyişiklik yoxdur" Peskov: "Parad ilə bağlı planlarda heç bir dəyişiklik yoxdur"](https://azvision.az/photos/2023/04/1680517231.jpg)
"Əlbəttə ki, təhlükəsizliyin təmin edilməsi üçün gücləndirilmiş tədbirlər görülür və görüləcək. Paradın keçirilməsi ilə isə bağlı planlarda heç bir dəyişiklik yoxdur", - Peskov jurnalistlərə bildirib.
Qeyd edək ki, Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş parad mayın 9-da Qırmızı Meydanda baş tutacaq. Mayın 7-də isə məşq prosesi olacaq. Rusiyanın müdafiə naziri Sergey Şoyqu martın 22-də Müdafiə Nazirliyinin kollegiyasında deyib ki, paradda 10 mindən çox insan, iştirak edəcək.
Tural Tağıyev
AzVision.az
Teqlər: Peskov