İsveçrənin ən böyük bankı 36 min işçini ixtisar edəcək

   İsveçrənin ən böyük bankı    36 min işçini ixtisar edəcək
  03 Aprel 2023    Oxunub:1181
İsveçrənin "UBS Group AG" bankı işçilərinin 30%-ni ixtisar edəcək. Söhbət ştatda olan və tam iş günü işləyən işçilərdən gedir.
İsveçrənin "Sonntags Zeitung" qəzetinin yaydığı məlumata görə, bu, kütləvi ixtisarlar "Credit Suisse" bankına qoşulmaqla bağlıdır.

İxtisar bankın ümumi işçilərindən 25-dən 36 minə qədər işçini əhatə edə bilər. Bank birləşməsinin başa çatmasından sonra bu, təxminən 120,000-ə qədər artacaq.

Təkcə İsveçrədə 11 minə yaxın işçi işsiz qala bilər. İxtisarların əsas hissəsi "Credit Suisse"in yerli biznesinin və onun investisiya bankının payına düşəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Bank  





Xəbər lenti