Türkiyənin ilk yerli avtomobili Ərdoğana təqdim olundu - FOTOLAR
Xatırladaq ki, Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “TOGG”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi ötən il oktyabrın 29-da keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb. “TOGG” avtomobilləri “Pamukkale”, “Anadolu”, “Gemlik”, “Kula”, “Oltu” və “Kapadokya” olmaqla altı rəngdə istehsal olunur.
Avtomobil iki modifikasiyada - 200 və 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 kilometr-saat sürətini 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına xüsusi diqqət yetirilib.
AzVision.az
Teqlər: