AEBA-nın Baş direktoru sabah Moskvaya gedəcək

AEBA-nın Baş direktoru sabah Moskvaya gedəcək
  03 Aprel 2023    Oxunub:792
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi aprelin 4-də Moskvaya səfər edəcək.
Bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov “Rossiya 24” telekanalının efirində bildirib. Qrossi bir müddət əvvəl Zaporojye Atom Elektrik Stansiyası (AES) ilə bağlı danışıqlar aparmaq üçün tezliklə Rusiyaya gedə biləcəyini bildirmişdi.

MAQATE rəhbəri bəyanatında AES-də daimi riskləri nəzərə alaraq, stansiyanın qorunması və ciddi nəticələrə səbəb ola biləcək nüvə qəzasının qarşısının alınması üçün diplomatik səylərini davam etdirmək əzmində olduğunu vurğulayıb.

R.Qrossi həmçinin bildirib ki, Zaporojye AES-i hər cür hücumdan qorumaq üçün bütün mümkün tədbirlər görülməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti