Rusiya Finlandiyanın NATO-ya üzvülüynə cavabsız qoymayacaq

   Rusiya Finlandiyanın NATO-ya üzvülüynə cavabsız qoymayacaq
  03 Aprel 2023    Oxunub:852
“Rəsmi Moskva Finlandiyanın NATO-ya daxil olmasına qərb və şimal-qərb istiqamətində hərbi potensialını gücləndirməklə cavab verəcək”.
Bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib. Onun sözlərinə görə, digər NATO üzvlərinin hərbi qüvvələri və aktivlərinin Finlandiyada yerləşdiriləcəyi təqdirdə Moskva hərbi təhlükəsizliyin təmin edilməsi üçün əlavə addımlar atacaq.

Bundan əvvəl “Verdens Gang” qəzeti yazıb ki, Finlandiya aprelin 4-də NATO-ya üzv ola bilər. Daha sonra bu məlumatı NATO-nun baş katibi Yens Stoltenberq təsdiqləyib. O, bu həftəni tarixi adlandırıb. Onun sözlərinə görə, aprelin 4-də Brüsseldəki baş qərargahda Finlandiya bayrağı qaldırılacaq və ölkə alyansa üzv olacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti