"Trampı 34 maddə ilə 4 illik həbs gözləyir" - KİV
!["Trampı 34 maddə ilə 4 illik həbs gözləyir" - KİV "Trampı 34 maddə ilə 4 illik həbs gözləyir" - KİV](https://azvision.az/photos/2023/04/a-dea-1580367402-1680582686.jpg)
"Donald Tramp çərşənbə axşamı həbs olunacaq və ona qarşı maliyyə sənədlərinin saxtalaşdırılmasına görə 34 ağır cinayət maddəsi üzrə ittihamlar barədə məlumat veriləcək”, - mənbə bildirib.
Trampın özü də bildirib ki, ona qarşı ittihamlar 33 maddə üzrə irəli sürülüb. Bundan əvvəl bir neçə KİV mənbələrə istinadən Trampın 30-a yaxın maddə ilə ittiham olunduğunu yazmışdı. Müvafiq sənəd hələ də məxfi olduğundan ittihamın dəqiq təfərrüatları məlum deyil. Bir qayda olaraq, sənədlər ittiham elan edilərkən eyni vaxtda dərc olunur, lakin prokuror onun sirrini saxlamağa qərar verə bilər. Sənəd dərc olunana qədər ittihamların dəqiq sayı bilinməyəcək.
AzVision.az
Teqlər: