NASA ilk dəfə Aya qadın və qaradərili astronavt göndərəcək
50 ildən çox sonra Aya ilk insan missiyası üçün təyin olunmuş ekipajı açıqlayıb.
Üç amerikalı və bir kanadalı astronavt gələn il Ayın orbitində fırlanacaq və tarixi "Apollon" missiyaları 1972-ci ildə başa çatdıqdan sonra kosmosun dərinliklərinə enən ilk astronavtlar olacaq.
Uçuşun 2024-cü ilin noyabrında baş tutması planlaşdırılır. Kosmik gəmi Ayı dövrə vuracaq, lakin ona enməyəcək.
10 gün davam edəcək "Artemis II" missiyası Orion kosmik gəmisinin göyərtəsində həyatı təmin edən sistemləri, eləcə də NASA-nın güclü "Space Launch System" raketini sınaqdan keçirəcək.
NASA-nın üç astronavtı - Reid Wiseman, Viktor Glover və Christina Koch əvvəllər Beynəlxalq Kosmik Stansiyada (BKS) vaxt keçiriblər. Kanada Kosmik Agentliyindən Ceremi Hansen ilk kosmosa uçuşunu edəcək.
AzVision.az
Teqlər: