Argentinada etirazçılar təhlükəsizlik nazirini döydülər

   Argentinada etirazçılar təhlükəsizlik nazirini döydülər
  04 Aprel 2023    Oxunub:761
Argentinada həmkarlarının öldürülməsinə etiraz edən avtobus sürücüləri Buenos Ayresin təhlükəsizlik naziri Sergio Berniyə yumruq və daşla hücum ediblər.
Çox adam tərəfindən döyülən Bernini polislər çətinliklə kütlənin içindən çıxarıb.

Magistral yolu bağlayaraq tətilə başlayan avtobus sürücüləri səlahiyyətlilərdən təhlükəsizlik tədbirləri görmələrini, əks halda aksiyadan əl çəkməyəcəklərini açıqlayıblar.

Berni isə hücumla bağlı açıqlamasında sürücülərin qəzəbini anladığını və qarşılaşmaq üçün burada olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmaya başlayan prokurorluq, qətllə əlaqəsi olduğu ehtimal edilən şəxsin saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, Buenos-Ayresin mərkəz və qəsəbələri arasında sərnişin daşıyan avtobus sürücüləri tez-tez quldur dəstələrinin hücumlarına məruz qalırlar. Daniel Barrientos adlı avtobus sürücüsü La Matanzada sinəsinə dəyən güllə nəticəsində həlak olub.

AzVision.az


Teqlər:





Xəbər lenti