14 ildən sonra ilk dəfə Ramazanda edam reallaşdırdılar

 14 ildən sonra ilk dəfə Ramazanda edam reallaşdırdılar
  04 Aprel 2023    Oxunub:1053
Səudiyyə Ərəbistanında müsəlmanların müqəddəs ayı olan Ramazanda bir nəfər edam edilib. Ramazanda edam prosesi isə axırıncı dəfə 2009-cu ildə reallaşdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Səudiyyə Ərəbistanı İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilir ki, edam martın 28-də - Mədinədə orucluq başlayandan beş gün sonra həyata keçirilib. "The Guardian" Səudiyyə Press Agentliyinə istinadən yazır ki, ölüm cəzasına məhkum edilən şəxs isə Səudiyyə Ərəbistanı vətəndaşı olub və o qətldə təqsirli bilinib. Qatil bir nəfəri bıçaqladıqdan sonra onu yandırıb.

Berlində yerləşən Avropa Səudiyyə Ərəbistanı İnsan Haqları Təşkilatı Daxili İşlər Nazirliyinin ölüm cəzası ilə bağlı statistikasına istinad edərək yazır ki, krallıqda 2009-cu ildən bəri "mübarək ayda bu istiqamətdə heç bir hökm icra olunmamışdı".

İlin əvvəlindən ümumilikdə 17 ölüm hökmü icra edilib. Məlumata görə, Səudiyyə Ərəbistanı 2022-ci ildə 147 nəfəri edam edib ki, bu da 2021-ci ildəki rəqəmdən iki dəfə çoxdur-69 nəfər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Edam  



Xəbər lenti