ABŞ Türkiyə müxalifətindən Rusiyaya qarşı istifadə etmək istəyir

   ABŞ Türkiyə müxalifətindən Rusiyaya qarşı istifadə etmək istəyir
  04 Aprel 2023    Oxunub:829
Amerika Birləşmiş Ştatları Ankara və Moskvanı Qara dənizdə və Orta Asiyada sıxışdırmağa çalışmaq üçün Türkiyədə müxalifətin qələbə çalmasında maraqlıdır.
Bu barədə Türkiyənin “Aydınlık” qəzeti yazıb. Məqalə müəllifi qeyd edir ki, ABŞ Ukrayna və Yaxın Şərqdə uğur qazana bilməz, ona görə də onlar öz məqsədlərinə çatmaq üçün yeni yollar axtarırlar. Türkiyə müxalifətinin bəyanatları isə onu göstərir ki, hakimiyyətə gələrsə, rəsmi Ankara anti-Rusiya mövqeyi tuta bilər. Bununla belə, müəllif iddia edir ki, müxalifətin Vaşinqtonla bu məsələdə aydın razılaşmaları olduğuna dair hələ də heç bir sübut yoxdur.

Türkiyə Ordusunun istefada olan polkovniki Eray Güçlüer “Aydınlık” qəzetinə müsahibəsində deyib ki, ABŞ müxalif ittifaqı Rusiya üçün “yaşıl ittifaq”a çevirə və bölgədə Ankara ilə Moskva arasında toqquşma üçün bundan istifadə edə bilər.

Onun sözlərinə görə, müxalifət qalib gəlsə, Suriyada yeni münaqişə başlaya, ABŞ və NATO-nun orada mövcudluğunu gücləndirmək planlarına görə Qara dənizdə vəziyyət daha da gərginləşə bilər.

Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti