Paşinyanın oğlu: "Döyülməmişəm"

      Paşinyanın oğlu:    "Döyülməmişəm"
  04 Aprel 2023    Oxunub:1070
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan ona hücum edilməsi ilə bağlı yayılan məlumatı təkzib edib.
Aşotun "Haykakan Jamanak" qəzetində (Nəşrin baş redaktoru baş nazirin həyat yoldaşı Anna Akopyandır-red.) dərc olunan bəyanatında qeyd edilir ki, "Mənə siyasi və ya başqa səbəblərdən hücum edilməyib. Təəssüf ki, haqqımda yayılan yalan şayiələri şəxsən təkzib etməliyəm".

Paşinyanın oğlunu döydülər
Xatırladaq ki, dünən Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan baş nazirin oğluna hücum olması barədə məlumat yaymışdı. O, hücumun necə, harada və hansı şəraitdə baş verdiyini açıqlamamışdı.

Qeyd edək ki, Ermənistan polisinin mətbuat xidməti də bəyan etmişdi ki, onlara Nikol Paşinyanın oğluna hücum olması barədə məlumat daxil olmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan  





Xəbər lenti