Paşinyanın deputatı müxalifəti hədələdi: “Dilinizi kəsəcəyik"
“Sən kimsən, ara? Xalqımıza bir növ “Azərbaycan-Türkiyə qrupu” deməyə cəsarət edənin dilini kəsərik. Sizinlə bir yerdə bunu deyən hər kəsin dilini kəsəcəyik. Hamı başa düşdü?”, - "Vətəndaş müqaviləsi" fraksiyasının katibi qeyd edib.
Parlamentinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Taqui Tovmasyan isə Ovannisyanın iradını hədə kimi qəbul edib.
"Bunu təhdid kimi qəbul edin. Əgər kimsə bizim xalqa nəsə desə, mən də onun dilini və qulaqlarını kəsəcəyəm", - Hovhannisyan bildirib.
Qeyd edək ki, Kazaryan Parlamentin İnsan hüquqları və ictimai məsələlər daimi komissiyasının növbədənkənar iclasında 2018-ci ildə Ermənistanda “Azərbaycan-Türkiyə inqilabı”nın baş verdiyini deyib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan Deputat