İsraildə helikopter qəzaya uğrayıb, pilot ölüb

İsraildə helikopter qəzaya uğrayıb,    pilot ölüb
  04 Aprel 2023    Oxunub:923
İsrailin Netanya şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Onun sözlərinə görə, təyyarədə yalnız pilot olub. Hadisə yerinə gələn həkimlər onu dağıntılar altından çıxararaq köməklik göstərməyə çalışsalar da, pilot aldığı xəsarətlərdən yerindəcə keçinib. Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti