"Kiyev-Moskva arasında danışıqlar döyüş meydanındakı gücdən asılıdır" - NATO
!["Kiyev-Moskva arasında danışıqlar döyüş meydanındakı gücdən asılıdır" - NATO "Kiyev-Moskva arasında danışıqlar döyüş meydanındakı gücdən asılıdır" - NATO](https://azvision.az/photos/2023/04/1680601086.jpg)
Cəbhə xəttinin hazırki yerdə dondurulması ehtimalının nə dərəcədə real olması sualına Stoltenberq "NATO-nun məsuliyyəti bunun baş verməsinin qarşısını almaq" olduğunu deyib.
Baş katib bildirib ki, Ukrayna danışıqlar üçün hansı şərtlərin və nəticənin onun üçün məqbul olduğuna özü müstəqil qərar verir. Eyni zamanda, o əlavə edib ki, danışıqların nəticəsi döyüş meydanındakı güclə qırılmaz şəkildə bağlıdır.
“Beləliklə, əgər biz danışıqlar yolu ilə Ukraynanın sabah müstəqil, suveren dövlət kimi qalib gələcəyi nəticəyə nail olmaq istəyiriksə, o zaman bu gün hərbi dəstək verməliyik”, - NATO-nun baş katibi izah edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: