Narışkin: "Qərb bizi qlobal təcridə sala bilmədi"

   Narışkin:    "Qərb bizi qlobal təcridə sala bilmədi"
  04 Aprel 2023    Oxunub:1378
"Qərb Rusiya ətrafında qlobal təcrid yarada bilmir".
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

O qeyd edib ki, "Biz ABŞ-ın Latın Amerikası, Afrika, Asiya ölkələrinə nəhəng təzyiq göstərdiyini görürük. Onlar öz məqsədlərinə, yəni Rusiya ətrafında belə bir blokada yaratmağa nail ola bilmirlər".

Narışkin ABŞ-ın bu cür hərəkətlərini beynəlxalq hüququn əsas fundamental normalarının kobud şəkildə pozulması adlandırıb: “Vaşinqton suveren dövlətlərin daxili və xarici siyasətlərini müəyyən edərkən onların daxili işlərinə kifayət qədər həyasızcasına müdaxilə etməyə çalışır”.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti