Tramp həbs edildi

 Tramp həbs edildi
  04 Aprel 2023    Oxunub:1057
ABŞ-ın keçmiş prezidenti Donald Tramp müvəqqəti həbs olunub.
AzVision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.

Daha əvvəl “Yahoo News” portalı prokurorluqdakı mənbələrə istinadən məlumat yayıb ki, Trampa qarşı qaldırılacaq 34 bəndlik ittihamların hər biri 4 ilədək həbs cəzası ehtimalını ehtiva edir.

“Donald Tramp çərşənbə axşamı həbs olunacaq və ona qarşı maliyyə sənədlərinin saxtalaşdırılmasına görə 34 ağır cinayət maddəsi üzrə ittihamlar barədə məlumat veriləcək”, - mənbə bildirib.

Nyu-Yorkun cinayət məcəlləsinə görə, bu, dörd ilə qədər həbslə cəzalandırıla bilər.

AzVision.az



Teqlər: Həbs   Tramp  





Xəbər lenti