Rusiya ordusu: "Zaporojye AES-ə PUA hücumu olub"

      Rusiya ordusu:    "Zaporojye AES-ə PUA hücumu olub"
  05 Aprel 2023    Oxunub:793
Ukraynaya məxsus və Polşa istehsalı olan pilotsuz uçuş aparatı (PUA) Zaporojye Atom Elektrik Stansiyasının (AES) yaxınlığında yerə düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası AES-in təhlükəsizliyini təmin edən Rusiya ordusunun xüsusi bölməsinin komandirinə istinadən məlumat yayıb.

"Stansiyada MAQATE əməkdaşlarının olmasına baxmayaraq, Ukrayna rejimi Polşa istehsalı olan PUA ilə AES-ə növbəti hücum cəhdi edib. Aparatın çəkisi iki kiloqramdan çox olub. PUA-nın qalıqlarının olduğu yer onu göstərir ki, hücumun hədəfi AES -in infrastrukturu olub”, - hərbçi bildirib.

Xatırladaq ki, martın 29-da MAQATE-nin baş direktoru Rafael Qrossi Zaporojye AES-ə səfər etmişdi. O, "Rosenergoatom"un baş direktorunun müşaviri Renat Karçaa ilə birlikdə stansiyanın ərazisinə baxış keçirib. Qrossi bildirib ki, stansiyanı hücumlardan qorumaq üçün addımlar atılmalıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər: AES   PUA  





Xəbər lenti