Separatçılar Xankəndi teatrını ayaqyoluna çeviriblər - FOTOLAR

   Separatçılar Xankəndi teatrını ayaqyoluna çeviriblər    - FOTOLAR
  05 Aprel 2023    Oxunub:1676
Xankəndidə olan qondarma rejim yeraltı və yerüstü sərvətlərimizi talan etməklə yanaşı mədəniyyət obyektlərini də sıradan çıxarır. Vəhşi qəbilə prinsipləri ilə yaşayan separatçılar hətta teatr binalarını belə baxımsız hala gətirirlər.
Məsələn, qondarma rejimin "informasiya qərargahı"nın fotoqrafı David Kahramanyan Xankəndidəki teatr binasının ayaqyoluna çevrilməsini əks etdirən fotoreportaj hazırlayıb. O yazıb ki, "Teatr dövlətin güzgüsüdür. Xankəndinin teatrı varmı? Hələ illər öncə, 2012-ci ildə aidiyyəti şəxslərin Dram Teatrının binası üçün yeni bir layihə üzərində çalışdıqlarını deyirdilər. Sonra bəyan etdilər ki, layihə hazırdır, amma vəsait çatmır. Sonra yenə pul problemi yarandı, layihənin normal olmadığı deyildi. Daha sonra isə ayrılan vəsait tamamilə yoxa çıxdı və beləliklə, 11 il ərzində fırıldaqçılar istəyinə çatdılar... Memarlıq əzəmətinə görə bölgədəki teatrlardan geri qalmayan bu bina çökdü. İndi teatın dörd tərəfi sözün həqiqi mənasında ayaqyoluna çevrilib".

Laçında daha bir erməni vandallığı - VİDEO
Erməni fotoqraf həmçinin qeyd edib ki, Xankəndi teatrı üçün 11 il ərzində müxtəlif xeyriyyə tədbirləri təşkil olunub. Ermənistanın teatrları tamaşalar göstərərək buradan əldə olunan pulları teatr binasının yenidən qurulmasına yönəltməli imişlər.

"Lakin bu pullar da yoxa çıxdı. Prezidentlərin binanın tezliklə yenidən qurulması ilə bağlı vədlərini eşitdik ki, bu da sonradan bizi şoka saldı. Nəhayət 2020-ci il müharibəsi başladı. Ondan sonra isə ümumiyyətlə yaxın gələcəkdə mədəni dəyəri olan teatrımızın binasına qayıdacağımıza ümidimiz qalmadı. Mən bu məsələyə daha dözümlü yanaşardım. Amma vaxtilə Xankəndi Kino Evi adlanan binanın indiki halını gördüm. Bu binanı təmir edib rus mədəniyyət evi kimi istifadə etmək istəyirlər. Anladığım qədəri ilə bu proses "dövlət" səviyyəsində aparılır. Hörmətli "dövlət xadimləri", bu fotolara baxın və unutmayın ki, bu, yəni teatr bizim simamızdır. Rus mədəniyyət evini qurmazdan əvvəl Xankəndidə Dövlət Dram Teatrının binasını bərpa edin. Onun artıq 91 yaşı var".



Tural Tağıyev
AzVision.az



Teqlər:   Xankəndi   Teatr  





Xəbər lenti