Ukraynaya gedən gəmi Türkiyə sahillərində batıb

   Ukraynaya gedən gəmi Türkiyə sahillərində batıb
  05 Aprel 2023    Oxunub:1249
Aralıq dənizində Ukraynanın İzmail limanına gedən ticarət gəmisi batıb. Hazırda Türkiyənin xilasetmə xidmətləri gəminin 9 ekipaj üzvünü axtarır.
AzVision.az xəbər verir ki, bu barədə Antalya vilayətinin qubernatoru Ersin Yazıçı məlumat yayıb.

Onun sözlərinə görə, gəmidə 14 ekipaj üzvü olub, onlardan 5-i xilas edilib.

Türkiyə Sahil Mühafizəsinin açıqlamasında bildirilir ki, aprelin 5-də yerli vaxtla saat 03:47-də Kumluca şəhəri sahillərində İskəndərun-İzmail marşrutu ilə hərəkət edən Qvineya-Bisau bayraqlı gəmi batıb.

Axtarış-xilasetmə əməliyyatına iki helikopter və Sahil Mühafizəsinin bir təyyarəsi cəlb olunub. Hadisə ilə bağlı Kumluca Baş Prokurorluğu araşdırma başladıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti