Qalaçyan: "Ruslarla problem doğru kommunikasiyanın olmaması ilə bağlıdır"

    Qalaçyan:  "Ruslarla problem doğru kommunikasiyanın olmaması ilə bağlıdır"
  10 Aprel 2023    Oxunub:1025
"Ermənistan-Rusiya münasibətlərindəki bəzi problemlər lazımi kommunikasiyanın olmaması ilə bağlıdır". AzVision.az xəbər verir ki, bunu Sputnik Ermənistan-a Ermənistan xarici işlər nazirinin keçmiş müavini Qaqik Qalaçyan deyib.
Keçmiş nazir müavini misal olaraq son illərdə ikitərəfli münasibətlərdə yaranan məsələləri, xüsusən də Avropa İttifaqı(Aİ) missiyasının sərhəd bölgəsinə yerləşdirilməsi mövzusu, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası (məhkəmə martda Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib - red.) lazımi kommunikasiyanın olmaması səbəbindən yarandığını iddia edib.

Markedonov: "Rusiya-Ermənistan münasibətləri ciddi sınaqdan keçir"
"Ümid edirəm ki, münasibətlər konstruktiv şəkildə davam etdiriləcək. Xüsusən də onların yüksək səviyyə olmasını - həm siyasi, həm də iqtisadi sahədə indiyədək qurulmuş uğurlu əlaqələri nəzərə almalıyıq. Mənə elə gəlir ki, münasibətlərin eyni səviyyədə saxlanılması və inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına xidmət edir”, - Qalaçyan qeyd edib.

Eyni zamanda, eks-nazir müavini iddia edib ki, guya qeyd etdiyi problemlər iki ölkə arasında münasibətlərin tarixi fonunda kiçik epizodlar sayılır.

"Ümumiyyətlə, bir-iki il münasibətlər və tarix üçün çox qısa müddətdir. Bizim əlaqələrimiz daha uzunmüddətlidir və strateji xarakter daşıyır", - keçmiş diplomat bildirib.

Maraqlıdır ki, keçmiş diplomat Ermənistan hakimiyyətinin “sülh gündəmi”ni şərh etməyib. O qeyd edib ki, bəzi məsələlərdə fikir ayrılığı yarandığı üçün istefa ərizəsi yazıb. Qeyd edək ki, Qalaçyan 2021-ci ildə vəzifədən gedib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya  





Xəbər lenti