Hərbçilərimizin məhv etdiyi Narek xüsusi təyinatlı imiş - FOTO

   Hərbçilərimizin məhv etdiyi Narek xüsusi təyinatlı imiş    - FOTO
  12 Aprel 2023    Oxunub:1673
Dünən Ermənistan ordusunun təxribatı nəticəsində məhv edilən hərbçilərdən biri xüsusi təyinatlı qüvvələrin mənsubu olub. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilir ki, Azərbaycan hərbçilərinin öldürdüyü 29 yaşlı xüsusi təyinatlı zabit Narek Sarkisyan olub. O, Sevan şəhərindən imiş.

Narek Sarkisyanın sinif rəhbəri NEWS.am-a bildirib ki, XTQ mənsubu subay olub və iki qardaşı var. Sarkisyanın anası məktəbdə rus dili müəllimi işləyib. Onu bu yaxınlarda işdən çıxarıblar.

"Narek hərbçi olmamışdan əvvəl Sevan Kollecinin proqramlaşdırma fakültəsində təhsil alıb. Anası deyir ki, oğlunun harada xidmət etdiyini dəqiq bilmirmiş. Bu yaxınlarda anayla görüşəndə ​​demişdi ki, Narek onun son ümididir. Evi o idarə edirmiş”, - nəşr müəllimə istinadən yazıb.

Ordumuzun məhv etdiyi 23 yaşlı leytenant - FOTOLAR
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Təxribat  





Xəbər lenti