Dünən öldürülən Koçaryan 44 günlük müharibədə yaralanıbmış - FOTO

  Dünən öldürülən Koçaryan 44 günlük müharibədə yaralanıbmış   - FOTO
  12 Aprel 2023    Oxunub:1694
Ermənistan mediası dünən təxribat törədərkən Azərbaycan Ordusu tərəfindən məhv edilmiş daha bir hərbçinin fotosunu yayıb. AzVision.az xəbər verir ki, Henrix Koçaryan adlı həmin hərbçi leytenant rütbəsi daşıyıb və 26 yaşı olub.
Bildirilir ki, təxribatçı zabit Vayots Dzor vilayətinin Vayk şəhərindən imiş.

Şəhər administrasiyasından NEWS.am-a verilən məlumata görə, Henrix hərbi xidmətə getməzdən əvvəl Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. Evin böyük oğlu olan Koçaryan 44 günlük müharibədə də iştirak edib. Məlumata görə hərbçilərimizin məhv etdiyi təxribatçı Cəbrayıl rayonunda gedən döyüşlərdə iştirak edərək çiynindən yaralanıbmış.

Hərbçilərimizin məhv etdiyi Narek xüsusi təyinatlı imiş - FOTO
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Təxribat  





Xəbər lenti