Rusiyanın Ermənistandakı tankçıları “düşmən” texnikalarını vurub

   Rusiyanın Ermənistandakı tankçıları “düşmən” texnikalarını vurub
  13 Aprel 2023    Oxunub:1060
Rusiyanın Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının T-72B tanklarının ekipajları Alagöz yüksək dağlıq poliqonunda təlimlər keçiriblər. Onlar şərti düşmənə aid hədəfləri sıradan çıxarıblar.
AzVision.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Rusiya artilleriyası Ermənistanda təlimlərə başladı
Bildirilir ki, tankçılar gündüz və gecə bütün növ silahlardan “düşmən”in canlı qüvvəsini, hərbi texnikasını və tank əleyhinə silahlarını imitasiya edən müxtəlif təyinatlı hədəflərə atəş açıblar.

Qeyd edək ki, son günlər rus hərbçilər Ermənistanda aktiv təlimlər keçirirlər. Təlimlərə ayrı-ayrı günlərdə xüsusi təyinatlılardan tutmuş, aviasiya və artilerriya qüvvələri də qatılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Təlim  





Xəbər lenti