Ermənistan İstintaq Komitəsi: "Onu azərbaycanlılar güllələməyib"

      Ermənistan İstintaq Komitəsi:    "Onu azərbaycanlılar güllələməyib"
  13 Aprel 2023    Oxunub:1634
Xəbər verdiyimiz kimi bu gün Zəngəzur mis-molibden zavodunun işçisinin müəmmalı şəkildə ölməsi barədə məlumat yayılıb.
Digər məsələlərdə olduğu kimi erməni cəmiyyəti bu hadisəni də anormal şəkildə azərbaycanlıların üstünə atmaq istəyir. Amma Ermənistanın İstintaq Komitəsi uydurulan şayiələrə son qoyaraq bəyanat yayıb ki, "hazırda komitədə həmin şəxsi azərbaycanlının öldürməsi ilə bağlı hər hansı məlumat yoxdur".

Zəngəzur mis-molibden zavodunda müəmmalı silahlı qətl
Qeyd edək ki, Sputnik Armeniyada hüquq-mühafizə orqanlarının 57 yaşlı asayiş keşikçisinin qətlində əsas versiya kimi azərbaycanlıların cinayət törətməsini götürməsi barədə məlumatlar yayılmışdı.

Erməni uydurma və şayiələri isə onunla əsalalndırırlır ki, Naxçıvandan itkin düşən azərbaycanlı əsgərlərdən biri hələ də tapılmayıb.

Qeyd edək ki, ötən gecə Qafanda, Zəngəzur mis-molibden zavodunun obyektlərindən birinin yaxınlığında müəssisənin əməkdaşının meyiti tapılıb. Məlum olub ki, 57 yaşlı Sünik sakini Ayrapet Meliksetyan güllələnərək öldürülüb. İlkin məlumata görə, qətl məişət zəminində baş verib. Məhkəmə-tibbi ekspertizası zamanı mərhumun bədənində baş və qarın nahiyəsində 6 güllə yarası aşkar edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti