Erməni polkovnik harasını "partladıb"? - FOTOLAR

//3 il sonra uydurulan "qəhrəman"lıq

Erməni polkovnik harasını "partladıb"?   - FOTOLAR
  14 Aprel 2023    Oxunub:2409
Ermənistan mediasında İkinci Qarabağ müharibəsində məhv edilmiş daha bir yüksək rütbəli zabit haqqında diqqət çəkən yazı dərc edilib.
AzVision.az xəbər verir ki, Qarayan Marat adlı həmin şəxs polkovnik-leytenant olub. Onun tikə-tikə olması ilə sonlanan döyüş yolu haqqında müharibədən 3 il sonra yayılan məlumatların doğruluğu şübhə yaradır.

Ordumuz Petrosyanın "16 yaşlı qəhrəman"ını belə məhv edib - TƏFƏRRÜATLAR
Məsələnin digər diqqət çəkən tərəfi isə Qarayanın ordunun deyil, Milli Təhlükəsizlik Xidmətinin (MTX) polkovnik-leytenantı olmasıdır. Bundan başqa, Marat Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə komissiyanın sədr müavini kimi də fəaliyyət göstərib. Məhv edilmiş erməni hərbçilər haqqında silsilə məqalələr yazan Aram Gevorqyanın Qarayanın ailəsi ilə müsahibəsindən belə aydın olur ki, qəhrəman hərbçilərimiz döyüşlərin birində onun dərsini veriblər və MTX zabiti ağır yaralanıb. Köməksiz vəziyyətdə qaldığını anlayan işğalçı sonda qumbara ilə özünü partladıb.



Amma ermənilərin özünü partladıb deyib "qəhrəmanlaşdırmağa" çalışdıqları Qarayanla bağlı ziddiyyətli məlumatlar da az deyil. Çünki Maratın arvadı Zara Facebook səhifəsində yazıbmış ki “8 aylıq əzablı gözləmədən sonra ərimi tapdıq. Bütün bu müddət ərzində mən Bakıda olan məhbusların siyahısını gözləyirdim. Ümid edirdim ki, nə vaxtsa onu bu siyahıda görə biləcəyəm. Rahat yat, əzizim. Tezliklə görüşərik". Belə olan halda sual yaranır, yaralanaraq əsir düşməkdən qorxan polkovnikin özünü partlatmasını 8 ay sonra necə müəyyən ediblər? Bəlkə əksinə, bizim hərbçilərin atdığı mərmi onu tikə-tikə edib?

Məqalə müəllifi yazır ki, Maratın cəsədinin qalıqları Xankəndindəki xiyabanda basdırılıb.

Qeyd edək ki, o, separatçı rejimin "Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi" çağırışaqədərki hazırlıq, məktəbdənkənar proqramlar şöbəsinin də müdiri olub. Qarayan 2020-ci ilin 14 oktyabrından itkin kimi axtarışda olub.





Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polkovnik   Müharibə  





Xəbər lenti