Dığda qalmaqal - Ermənilər kənd rəhbərini döydülər

   Dığda qalmaqal -    Ermənilər kənd rəhbərini döydülər
  19 Aprel 2023    Oxunub:1246
Bu günlərdə hərbi toqquşmaların olduğu Dığ kəndinin rəhbəri ilə sakinlər arasında dava düşüb.AzVision.az xəbər verir ki, bu barədə Ermənistan media məlumat yayıb.
"Hraparak" nəşri yazır ki, "icma rəhbəri David Qulunç və onun komandası Dığ kəndinin sakinləri üçün qonşu ölkənin hərbçilərindən az heç də az təhlükəyə çevrilməyib".

Ermənistan sərhəd qoşunlarının komandanı Dığ təxribatına görə qovulub?
Müəllif Qulunçun icmada xaos, nizamsızlıq yaratdığını qeyd edib: "Əldə etdiyimiz məlumata görə, 2 gün əvvəl Qulunç ilə 23 yaşlı icma sakini Aşot Qalstyan arasında mübahisə yaranıb. Mübahisə sonda dava ilə yekunlaşıb və hər iki tərəf öz yoldaşlarını çağırıb. Beləcə kənddə qrup şəklində dava baş verib".

Məlumata görə, icma rəhbəri başından xəsarətlər alır. 23 yaşlı gənc isə üz sümüyünün çoxsaylı sınığı ilə Heratsi xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Görünür ordumuzun Dığ uğuru erməni sakinlərdə hakimiyyətə qarşı nifrəti birə-beş artırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Dava   Kənd  





Xəbər lenti