The Washington Post: "Rusların Ukraynada Starlink-i sıradan çıxaran gizli silahı var"

  The Washington Post:  "Rusların Ukraynada Starlink-i sıradan çıxaran gizli silahı var"
  20 Aprel 2023    Oxunub:1173
Rusiya ordusunun Ukraynada Starlink peyklərinin fəaliyyətinə mane olan gizli silah var. AzVision.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Məqalədə qeyd edilir ki, Pentaqonun internetə sızan məxfi informasiyalarında gizli elektron müharibə sistemi haqqında məlumatlar aşkarlanıb.

"Rusiya "Starlink"i “öldürməyə” çalışır" - Mask
Söhbət “Tobol” elektron müharibə sistemindən gedir.

Jurnalist bu qalmaqallı kəşfiyyat məlumatını təəccüblü hal adlandırıb. Çünki bu, mütəxəssislərin əvvəllər yalnız təxmin etdikləri faktı təsdiqləyir. Ekspertlər yeni silah növü ilə Starlink peyklərinə hücum etmək üçün istifadə edilə biləcəyini proqnozlaşdırırdılar. Nəşr Starlink-in Ukrayna silahlı qüvvələri üçün həyati əhəmiyyət daşıdığını da xüsusi olaraq vurğulayıb: "Moskva aylardır ki, Ukraynada Starlinki sıradan çıxarmaq üçün özünün "Tobol" elektron müharibə sistemləri ilə sınaqlar keçirir."

Maraqlıdır ki, Starlink şəbəkəsinin sahibi olan SpaceX şirkəti bu qalmaqallı iddialara şərh verməkdən imtina edib.

Pentaqon da sızdırılan məlumatlarla bağlı suallara cavab verməyib. Müdafiə Nazirliyinin sözçüsü mayor Çarli Dits deyib ki, "Bu sistemlər Ukraynanın rabitə şəbəkəsində mühüm təbəqə sayılır". O, əlavə edib ki, departamentin diqqəti “ukraynalıları onlara lazım olan peyk imkanları ilə təmin etməyə yönəlib”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Silah  





Xəbər lenti