Çavuşoğlu: "Rusiya, İran, Suriya və Türkiyə prezidentləri mayda görüşə bilər"

      Çavuşoğlu:    "Rusiya, İran, Suriya və Türkiyə prezidentləri mayda görüşə bilər"
  24 Aprel 2023    Oxunub:1310
Rusiya, İran, Suriya və Türkiyə prezidentlərinin Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasına həsr olunmuş görüşü mayın əvvəlində baş tuta bilər.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 100TV-yə müsahibəsində deyib.

"Mayda görüşlə bağlı təkliflər var. Sadəcə Türkiyədə seçki tarixinə yaxındır. Mayın əvvəlinə təklif var idi, lakin hələ razılaşdırılmayıb, çünki İran prezidenti Suriyaya gedir. İndi görüşün tarixi ilə bağlı danışıqlar davam edir”, - deyə nazir vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti