"Tavuş polis şöbəsinə ağır bədən xəsarətləri olan bir vətəndaşın hərbi hospitala çatdırılması barədə məlumat daxil olub.
Polis yaralının 47 yaşlı Tavuş vilayətinin sakini Lernik Ohanyan olduğunu müəyyən edib. Araşdırma nəticəsində məlum olub ki, həmin gün saat 18:00 radələrində yanacaqdoldurma məntəqələrindən birində Ohanyanla Tavuş vilayətinin 43 yaşlı sakini Qor Atoyan, 33 yaşlı Vardan Yesayan arasında dava düşüb. Mübahisə zamanı onlar Ohanyanı döyüblər. Faktla bağlı cinayət işi başlanılıb", - nəşr yazıb.
Məqalədə o da vurğulanır ki, hazırda polis Atoyan və Yesayanın tapılması üçün lazımi tədbirlər görür.
Saytın məlumatına görə, xəstəxanaya çatdırılan Ohanyan Ermənistan Müdafiə Nazirliyinin Tavuş 2-ci ərazi diviziyasının rəhbəridir.
Tural Tağıyev
AzVision.az