Business Insider: "Ukrayna aerodromları F-16-lar gəlməmiş məhv ediləcək"

      Business Insider:   "Ukrayna aerodromları F-16-lar gəlməmiş məhv ediləcək"
  27 Aprel 2023    Oxunub:1977
"Amerikanın F-16 qırıcılarının Kiyevə tədarükü ilə bağlı qərar qəbul edilərsə, Rusiya Ukrayna aerodromlarını hətta təyyarələri qəbul etməyə hazırlamaq prosesinə aid hər şeyi də məhv edəcək".
AzVision.az xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb. Nəşr məşhur hərbi analitik Maykl Pekə istinad edib.

NYT: "Əks-hücum uğursuz olsa, Kiyevə dəstək dayanacaq"
Onun sözlərinə görə, ukraynalılar F-16-nın istifadəsinə başlamazdan əvvəl Kiyev Ukraynanın köhnə, sovet tipli uçuş-enmə zolaqlarını qaydaya salmaq üçün xeyli işlər görməlidir. Bundan əlavə, Ukraynanın bir çox aerodromlarında uçuş-enmə zolaqları F-16-nın tam yüklə sürət götürməsi üçün çox qısadır.

Eyni zamanda, analitik vurğulayıb ki, Rusiya aerodromların təmiri üzrə işlərin başlanmasını izləmək və onlara dəqiq zərbələr endirmək üçün bütün imkanlara malikdir.

Pek qeyd edib ki, Ukraynadakı bütün aerodromlara Rusiyanın ballistik və qanadlı raketlərinin "əli çatır" və onlara ona görə hələ də zərbələr endirilməyib ki, Ukrayna aviasiyasından ciddi təhlükə olmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti