|
| "İran Rusiyaya ballistik raketlər və daha çox PUA göndərəcək" - ISW |
Kovalenkonun sözlərinə görə, tanklar üçün 125 mm-lik OF-19 mərmilərinin tədarükü haqqında da məlumatlar yayılmışdı. Lakin bununla bağlı fakt tapılmayıb: “Gələcəkdə Rusiya Federasiyası İrandan “Fateh-110” və “Zolfaghar” ballistik raketləri ala bilər. Həmçinin “Şahed-131” və “Şahed-136” kamikadze dronlarının tədarükü və Rusiya ərazisində istehsalı üçün yeni müqavilələr də bağlaya bilərlər".
Mütəxəssis onu da əlavə edib ki, əvvəllər İranın tank əleyhinə sistemlərinin rusların əlində görünməsi ilə bağlı məlumatlar verilməyib.
- Həmçinin diqqətinizə çatdırmaq istərdim ki, “Dehlaviyeh ATGM”-lərin görünməsi Rusiyada “Kornet ATGM” ehtiyatlarının tükənməsi, Moskvanın onların tez və lazımi miqdarda istehsal edə bilməməsi ilə bağlı ola bilər, - ekspert qeyd edib.
Kovalenkonun sözlərinə görə, bu faktı işğalçıların öz qüsurları ilə tanınan 1970-ci illərin köhnə sovet silahı olan “Konkurs”ları ilə silahlanması da təsdiqləyir: "Yəni, hətta söhbət modernləşdirilmiş "M", yəni köhnə, sovet "Konkurs"undan gedir".
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


