İranda təqaüdlərə görə adaları satmağı təklif edən şəxs vəzifədən qovuldu

   İranda təqaüdlərə görə adaları satmağı təklif edən şəxs vəzifədən qovuldu
  04 May 2023    Oxunub:1655
İranın Kiş və Qeşm adalarını, Xuzistan əyalətini satmağı təklif edən vəzifəli şəxs işdən çıxarıldı.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin İran seqmentində məlumat yayılıb. "Azad İran" teleqram kanalı yazır ki, təqaüdçülərlə bağlı dediyi sözlər geniş tənqid edildiyinə görə İranın Əmək Nazirliyinin Sosial Sığorta Təşkilatının rəhbəri Səccad Padam tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, Padam dünənki açıqlamasında demişdi ki, “Təqaüdçülərin maaşlarını ödəmək üçün tezliklə Kiş, Qeşm və Xuzistanı satmalı olacağıq”.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti