İranlı deputat həddini aşdı: "Bakı ilə yalnız güc dilə danışmalıyıq"

      İranlı deputat həddini aşdı:    "Bakı ilə yalnız güc dilə danışmalıyıq"
  06 May 2023    Oxunub:1269
İran parlamentinin Rəyasət Heyətinin üzvü, daim ermənipərəst və qatı anti-Azərbaycan mövqeyi ilə tanınan Əhməd Naderi ölkəmizin ünvanına sərsəm fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, o özünün Tvitter hesabında Azərbaycanın 4 diplomatının Tehran rejimi tərəfindən arzuolunmaz şəxs elan edilməsinə münasibət bildirərkən ölkəmizə "Bakı respublikası" deməklə həddi aşan sözlər işlədib.

"Hüseyniyyun"a yas tutan iranlı jurnalist: "Dedi ki, bizi güllələsinlər"
"İran "Bakı Respublikasının" Tehrandakı və Təbrizdəki 4 diplomatını persona non qrata olaraq ölkədən çıxarıb. Sürətlə həyata keçirilməli olan növbəti addım bu rejiminin Təbrizdəki Konsulluğunun bağlanmasıdır", - Naderi sayıqlayıb. O, "Azərbaycanla yalnız güc dili ilə danışmaq lazımdır" da yazıb.

Qeyd edək ki, İran siyasətçi, məmur və deputatları arasında Azərbaycan adı əvəzinə "Bakı respublikası" ifadəsi işlədilməsi onların Cənubi Azərbaycan qorxusundan xəbər verir. Təbrizdəki konsulluğun bağlanması ideyası isə ən cəfəng təklifdir. Çünki molla rejimi cənubi azərbaycanlıların buna necə sərt reaksiya verəcəyini yaxşı bilir.


AzVision.az



Teqlər:   İran   Deputat  





Xəbər lenti