Tehran yollarında "İblis Xameneyiyə ölüm olsun!", "Azadlıq!" şüarları - FOTOLAR

   Tehran yollarında    "İblis Xameneyiyə ölüm olsun!", "Azadlıq!"    şüarları    - FOTOLAR
  08 May 2023    Oxunub:1329
İranda rejimə qarşı etirazlar artmaqdadır.
Küçə aksiyaları, ali dini liderin şəkil və banerlərinin yandırılması və digər etiraz növləri ilə yanaşı, divaralara şüarların yazılması halları çoxalıb. Məsələn, Tehranın Yadegar magistral yolu ətrafındakı divarlarda molla rejiminə qarşı şüarlar yazılıb.

İranda Xameneyinin daha bir baneri yandırıldı - VİDEO
Şüarlarda "Müftəxor Xameneyiyə ölüm olsun!
İblis Xameneyiyə ölüm olsun! Üzüqara Xameneyiyə ölüm olsun! Azadlıq!" kimi sərt ifadələr qeyd edilib.

Xatırladaq ki, bir neçə gün öncə İranın dini mərkəzlərindən sayılan Qum şəhərində də molla rejimindən narazı olan gənclər divarlara "Ölüm olsun Xameneiyə" şüarı yazmışdılar.



AzVision.az



Teqlər:   İran  





Xəbər lenti