Bundestaq 50 ədəd “Puma” PDM-inin alışını təsdiqləyib
![Bundestaq 50 ədəd “Puma” PDM-inin alışını təsdiqləyib
Bundestaq 50 ədəd “Puma” PDM-inin alışını təsdiqləyib](https://azvision.az/photos/2023/05/1683746145.jpg)
Məlumata görə, çərşənbə günü siyasətçilər Almaniya hökumətinin təxminən 1,5 milyard avro xərcləmək niyyətində olduğu silahlanma proqramını təsdiqləyiblər.
DPA yazır ki, hakim “İşıqfor” koalisiyası, hərbi texnika ilə bağlı problemlər hələ də aradan qaldırılmamış olsa belə, PDM alınmasını Almaniya Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün vacib hesab edir. “İkinci partiya “Puma” alışı özündə ciddi maliyyə risklərini ehtiva edir. Sistem texniki cəhətdən də tam sınaqdan keçirilməyib. Bununla belə, Bundesverin avadanlıqlarındakı boşluqları aradan qaldırmaq üçün sifariş indi verilməlidir”, - Büdcə Komitəsinin üzvü Sebastyan Şefer bildirib.
Teqlər: